ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib.
Teleqraf.com-un məlumatına görə, səfirliyin Feysbuk səhifəsində ABŞ-ın səfirinin Milli Qəhrəman Əlif Hacıyevin məzarı başında fotosu yayımlanıb. Diplomat şəhidin məzarına gül dəstəsi qoyub.
Qeyd edək ki, Hacıyev Əlif Lətif oğlu 1953-cü ildə Xocalıda doğulub və 1992-ci ildə fevralın 25-də Qarabağ müharibəsində şəhid olub. O, Xocalı hava limanı xətt daxili işlər bölməsinə rəisi və Xocalı hava limanının komendantı olub.