Ali məktəbə qəbul ola bilməyən gənclərə hərbi xidmətdən möhlət hüququ verilə bilər.
Teleqraf.com xəbər verir ki, ARB TV-nin “Günə doğru” verilişində ali məktəbə qəbul olmayan gənclərə hərbi xidmətdən möhlət hüququ verilməsi ilə bağlı maraqlı sujet yayımlanıb.
Bildirilib ki, hazırda sözügedən mexanizim üzərində iş gedir: “Təhsil haqqında qanuna edilən dəyişikliyə görə universitetlərin nəzdində bu il hazırlıq qurupları yaradılacaq. Bu quruplarda ali məktəblərə imtahan zamanı keçid balını toplamayan abituriyentlər müəyyən məbləği ödəməklə yenidən hazırlaşa bilər. Burda ortaya çıxan məsələ isə həmin quruplarda oxuyan oğlanların hərbi xidmətə çağırılıb-çağırılmamasıdır”.
Millət vəkili Aydın Mirzəzadə bildirib ki, həmin gənclərə möhlət hüququnun verilməsi müzakirə olunur: “Detallar götür-qoy ediləndən sonra qanun layihəsi Milli Məclisin müzakirəsinə veriləcək”.
Təklif edilən qanun qüvvəyə minərsə, bu cəmiyyətdə daha çox təhsilli gəncin olması deməkdir. Reallıq isə onu deyr ki, hərbi xidmətdən qayıdan gənc çox nadir hallarda təhsil almaq fikrində olur. Millət vəkili Aydın Mirzəzadə hesab edir ki, qanun qəbul olunandan sonra ali təhsil sektorunda xüsusi canlanma baş verəcək:
“Bunu etməklə daha çox gənc təhsil alacaq. Bu və ya digər yollarla xarici universitetlərdə oxuyan gənclərin problemləri aradan qalxacaq”.
Kursların təşkili bütün universitetlər də olmayacaq. İlkin mərhələdə bunun özəl ali təhsil müəssələrində qəbul planı tam dolmamış ixtisaslar üçün yaradılması nəzərdə tutulur. Ekspertlər hazırlıq kurslarının təşkilini cəmiyyətdə ədalət prinsipinin pozulmasına gətirib çıxacağını düşünür. Təhsil üzrə ekspert Elvin Bədirli hazırlıq qurupunda oxuyacaq oğlanlara möhlət hüququnun verilməsinin bu kurslara marağın artırılmasına xidmət etdiyini deyir:
“Sırf tələbə olmaq istəyənlər hazırlıq qruplarında möhlət hüququnun verilməsi ehtimalına görə həmin qruplara yazılmağa daha maraqlı olacaqlar”.
Ümumilikdə kursların təşkil olunması universitetlərin maddi- texniki bazasının möhkəmləndirilməsinə xidmət edəcək. Ancaq bir məsələ də var ki, bu gün müharibə şəraitində yaşadığımız üçün bu yenilik orduda xidmət edən əsgərlərin sayına necə təsir edə bilər?
Ehtiyyatda olan zabit Şair Ramaldanov bildirib ki, hazırlıqda oxuyan gənclərsiz tələbatı ödəyə biləriksə, bu, problem yaratmaz.