26 Mart 2020 17:37
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”nə sənədlərin qəbulu vaxtı uzadılır.

Bu barədə Teleqraf.com-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycanda koronavirus infeksiyasının (COVİD - 19) yayılmasının qarşısının alınması məqsədilə sosial təcrid tədbirlərinin həyata keçirilməsinin davam etdirilməsi səbəbindən, həmçinin müsabiqədə iştirak etmək istəyən şəxslər üçün daha əlverişli şəraitin yaradılması məqsədilə sənədlərin qəbulu vaxtı 18 aprel 2020-ci il saat 18:00-dək uzadılıb.

Müsabiqə üzrə yaranan suallarla bağlı grants@edu.gov.az elektron ünvanına müraciət edə bilərsiniz.


Müəllif: Teleqraf.com