26 Mart 10:21
309
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakinindən 4 kiloqramdan artıq heroin aşkarlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupu məlumat verib.

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş Sədi Cəfərov saxlanılıb. Həmin şəxsin üzərindən və rayonun Hindarx qəsəbəsindəki evindən 4 kiloqramdan artıq heroin aşkarlanıb. Dindirilmə zamanı S.Cəfərov narkotik vasitəni satış məqsədi ilə Ağcabədi rayonuna gətirdiyini bildirib.

Bundan başqa rayon ərazisində son bir ay ərzində keçirilən tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 19 nəfər saxlanılıb. Nəticədə 5 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Müəllif: Teleqraf.com