14 Noyabr 12:40
204
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakıda keçirilən COP29-da təkcə iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi üçün yeni hədəfin müəyyən edilməsi deyil, həm də bütün dünyada iqlim fəaliyyətlərini aktivləşdirməyin zəruriliyi müzakirə olunur".

Teleqraf.com xəbər verir ki, bu sözləri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi üzrə altıncı yüksək səviyyəli nazirlər dialoqunda bildirib.

"Maliyyələşdirmə iddialı iqlim fəaliyyətləri üçün əsas amildir, problemlərin həllinə konstruktiv yanaşmanın hazırlanması vacibdir. Uyğunlaşma layihələrinə qrant və borc şəklində daha çox vəsait daxil olmağa başlayıb. Şəffaflığın artırılması, əlçatanlıq və s. kimi vacib məqamlar da var. Maliyyəyə çıxışın yaxşılaşdırılması yollarının axtarışında mövcud imkanlardan istifadə etməliyik. Maliyyələşdirmə borc böhranının qızğın vaxtında daha əlçatan ola bilər. Bundan əlavə, inkişaf etməkdə olan ölkələrə yardım göstərmək üçün daha çox innovasiya və resurs cəlb etmək olar. Bakıda söhbət təkcə iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi üçün yeni hədəfin müəyyən edilməsindən getmir. Söhbət hər yerdə iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin aktivləşdirilməsindən gedir", - o qeyd edib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər