14 Noyabr 11:59
250
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qara dəniz bölgəsində ətraf mühiti yaxşılaşdırmaq və iqlim çağırışlarını mümkün qədər yaxşı idarə etmək üçün görüləsi çox iş var.

Teleqraf.com xəbər verir ki, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi Lazar Komanesku Bakıda keçirilən COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Baş katib vurğulayıb ki, gələn il yanvar ayının 1-dən təşkilata sədrlik Azərbaycana keçəcək.

O, idarəetmənin yenilənməsi ilə bağlı gələcəkdə daha çox iş görəcəklərinə nikbin baxdığını deyib: "Qara dəniz regionunda əməkdaşlığın gücləndirilməsi üçün qarşıya qoyulan məqsədlərə, xüsusilə də iqlim dəyişikliyi çağırışlarını daha da irəli aparmaq üçün intensiv iş görməyi səbirsizliklə gözləyirik".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər