14 Noyabr 12:12
223
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İqlim fəaliyyəti ilə bağlı apardığımız auditlər bu sahə üzrə bir sıra çağırışların olduğunu göstərir. Onların bir hissəsi audit institutu ilə, bir hissəsi isə auditin keçirildiyi mühitlə əlaqəlidir".

Teleqraf.com xəbər verir ki, bunu COP29 çərçivəsində “Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? – İqlim Skaneri qiymətləndirməsinin nəticələri” adlı tədbirdə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

"Bunlardan biri yaşıl həllərin tətbiqinin bəzi hallarda ənənəvi standartlara uyğun gəlməməsi və milli qanunvericikdə dəyişikliklərin tələb olunması ilə bağlıdır. Bundan əlavə, iqlim fəaliyyəti ilə bağlı məlumatların çeşidi və vaxtında təqdim edilməsində problemlər, habelə etibarlı məlumatlara çıxışda çətinliklər, iqlim maliyyəsi ilə bağlı yaxşı hesab olunacaq təcrübə sayının çox olmaması, yaşıl büdcə ilə bağlı nəzəriyyə və praktik tətbiq arasında fərqlərin müşahidə edilməsi, iqlimlə bağlı audit standartlarının inkişaf mərhələsində olması, həmçinin auditorlarda bu sahə üzrə xüsusi bilik və bacarıqların formalaşmasına ehtiyacı aid etmək olar. İqlim auditinin miqyasının, habelə bu auditlərdə əhəmiyyətliliyin müəyyən edilməsində çətinliklər, audit proseslərinə qlobal çərçivələrin, xüsusilə Dayanıqlı İnkişaf Məqsədlərinin daxil edilməsi şəraitində hökumət əsaslı auditlərin sayının artımı üçün zərurət var", - o qeyd edib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər