20:55
12 Punto 14 Punto 16 Punto 18 Punto

COP29 çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov OPEC Fondunun vitse-prezidenti xanım Şaima Al-Şeybi ilə görüş keçirib.

Teleqraf.com xəbər verir ki, görüşdə Azərbaycanın su təsərrüfatı sisteminin inkişafını hədəfləyən potensial infrastruktur layihələri müzakirə olunub.

OPEC Fondunun rəhbərliyi ölkəmizdə davamlı su təchizatını təmin edəcək bütün layihələrdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə dəstək niyyətlərini bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər