Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşünün ikinci günündə iqlim dəyişikliyi ilə mübarizədə texnologiyadan istifadənin perspektivləri müzakirə edilib.
Teleqraf.com xəbər verir ki, sessiyada İqlim Siyasəti Radarının qurucusu və baş direktoru Mixal Naxmani, "Permalution" şirkətinin təsisçisi və baş direktoru qurucusu Tatiana Estevez, Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şuranın üzvü Meera Al Suvaidi çıxış edib.
Bu sessiyada texnologiyanın, o cümlədən süni intellektin iqlim dəyişikliyi ilə mübarizədəki rolunu araşdırılması və iqlim fəaliyyətinin irəliləməsinə təsir edə biləcək yeni texnologiyalar barədə fikir mübadiləsi aparılıb.
Çıxışçılar texnologiyanın, xüsusilə süni intellektin iqlim dəyişikliyi ilə mübarizədə rolu barədə fikirlərini səsləndiriblər. Bildirilib ki, iqlim dəyişikliyi müasir dövrün ən ciddi qlobal problemlərindən biridir. Buzlaqların əriməsi, dəniz səviyyəsinin yüksəlməsi və kəskin hava hadisələrinin artması planetin gələcəyini təhlükə altına qoyur.
Qeyd edilib ki, xüsusilə inkişaf etməkdə olan ölkələrdə belə texnologiyalara ədalətli və bərabər çıxış təmin edilməlidir.
Sessiyada bu problemin öhdəsindən gəlmək üçün innovativ həllərin tələbinə diqqət çəkilib.
Həmçinin vurğulanıb ki, texnologiyanın düzgün və hərtərəfli istifadəsi ilə iqlim dəyişikliyinin təsirlərini minimuma endirmək mümkündür. Bunun üçün dövlətlər, şirkətlər və vətəndaş cəmiyyəti birlikdə çalışmalı, həm də ədalətli çıxışı təmin etmək üçün konkret addımlar atmalıdır.
Sessiya iştirakçıları qeyd ediblər ki, texnologiyanın potensialından tam istifadə edərək ədalətli və davamlı bir gələcək qurmaq insanlığın əsas məqsədi olmalıdır.
Tədbir zamanı, iqlim siyasətinin daha inklüziv, bərabər və davamlı olmasının vacibliyi diqqətə çatdırılıb, eyni zamanda, bu istiqamətdə müxtəlif ölkələr arasında əməkdaşlığın genişləndirilməsi təklif olunub.
Sonda panel müzakirəsində iştirak edən qonaqlarla müzakirələr aparılıb
***
10:33
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşünün ikinci günü başlayıb.
Teleqraf.com xəbər verir ki, tədbir çərçivəsində "İqlim həssaslığını həll edilməsi: İqlim fəaliyyətinə hərtərəfli və ədalətli yanaşmanın təşviqi" adlı sessiyası baş tutur.
Bu sessiyada iqlim dəyişikliyinin real həyatdakı təsirləri haqqında əldə edilən məlumatlara əsaslanaraq, bu sessiya parlamentarilərə kiçik ada dövlətləri , dağlıq və dənizə çıxışı olmayan ölkələr kimi müxtəlif ölkələrin özünəməxsus həssaslıqlarının necə həll edilməsi barədə daha dərindən araşdırma aparmaq imkanı verəcək.
Bu kontekstlərdə dayanıqlı inkişaf üçün vacib olan təbiət və biomüxtəliflik kimi mühitlərin bəzi mühüm xüsusiyyətlərini və onların iqlim dəyişikliyinin həlli üçün necə qorunub istifadə edilə biləcəyi müzakirə ediləcək.
Sessiya həmçinin iqlim dəyişikliyi ilə bağlı nəsillərarası dialoqu təşviq edəcək.
Qeyd edək ki, 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatıldığı tədbirdə 12 spiker və vitse-spiker olmaqla, 160-dan çox parlament üzvü iştirak edir.