19:57
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya polisi Berlində Fələstini dəstəkləyən nümayiş zamanı 111 nəfəri saxlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya paytaxtının hüquq-mühafizə orqanlarının saytındakı məlumatda deyilir.

Qeyd edək ki, nümayiş şənbə günü Kurfürstendamm bulvarı yaxınlığında keçirilib və 500-ə yaxın insan iştirak edib.

Polisin məlumatına görə, saxlanılanlar arasında 54 qadın və 57 kişi var. Məlumatda bildirilir ki, xəsarət yetirmə, millətlərarası ədavətin qızışdırılması, terror təşkilatlarının simvollarının nümayişi, ictimai asayişin pozulması kimi cinayətlərin törədilməsi şübhələri ilə 21 cinayət işi açılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər