9 Mart 2023 15:00
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayon sakini Etibar Məmmədovun ötən il noyabrın 18-də öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

Bu barədə Teleqraf.com-a Salyan rayon Prokurorluğundan bildirilib.

İbtidai istintaqla Müşviq İskəndərovun kəsici-deşici alətlə Etibar Məmmədova çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsi, daha sonra sonuncunun avtomobili ilə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Bundan əlavə, Müşviq İskəndərov polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərindən narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar edilib.

Müşviq İskəndərova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 185.1 (avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə) və 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə yekun ittiham elan edilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Müəllif: Hacı Zeynalov