3 Aprel 16:12
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni olan həyat yoldaşı Yaqut Həşimovanı qətlə yetirməkdə ittiham olunan Anar Həşimovun cinayət işi məhkəmə iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

Hökmə əsasən Anar Həşimov 17 il müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, bundan əvvəl çıxış edən prokuror Anar Həşimovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, Anar Həşimov 2023-cü ilin sentyabr-oktyabr aylarında arvadı Yaqut Həşimovanın istifadəsində olan mobil telefonuna baxaraq "Whatsapp" proqramında bir neçə şəxslə qarşılıqlı şəkildə mesajlar yazdığını müəyyən edib.

Yaqut Həşimova iradları qəbul etməyərək onun işlərinə qarışmamağı tələb edib.

Bundan sonra baş vermiş mübahisə zamanı Anar Həşimov qısqanclıq zəminində qisas almaq niyyəti ilə arvadı Yaqut Həşimovaya işgəncə verməklə xüsusi amansızlıqla qəsdən öldürmək maqsədilə əvvəlcə xüsusi ağrılar yetirmək üçün mənzilin yataq otağında olan bakalla müğənninin baş nahiyəsindən 2 dəfə vurub.

Daha sonra onun hərəkətlərindən qorxaraq mənzilin yataq otağında küncə çəkilmiş Yaqut Həşimovanın həyatı üçün dönə-dönə aman diləyən yalvarışlarına baxmayaraq, ona bıçaqla zərbələr vurub, sonra boğazını kəsib. Qadın aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Hadisəni törətməkdə təqsirli bilinən Anar Həşimov saxlanılaraq barəsində həbs-qətimkan tədbiri seçilib.

Anar Həşimovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər