1 Oktyabr 2021 12:13
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Suriyanın İdlib regionunda Əl-Qaidə lideri Səlim Abu-Əhmədi öldürdüyünü açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Əl-Qaidə lideri Səlim Abu-Əhməd ABŞ dronunun zərbəsi nəticəsində məhv edilib.

Məlumata görə, Əl-Qaidə lideri İdlib şəhərində avtomobili ilə hərəkət etdiyi anda vurulub.

CENTCOM sözçüsü Con Riqsbe deyib ki, Səlim Abu-Əhməd bölgələrarası Əl-Qaidə hücumlarının planlaşdırılmasından, maliyyə ilə təmin edilməsindən və hazırlanmasından cavabdeh olub.


Müəllif: Nemət