4 May 16:32
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiya Prezidenti Aleksandr Vuçiç Tayvan məsələsində Çini dəstəklədiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə Çin lideri Si Cinpinin Belqrada səfəri ərəfəsində Çin Dövlət Televiziyasına müsahibəsində bildirib.

“Tayvan Çinə məxsusdur, buna heç bir şübhə yoxdur. İnanırıq ki, Çin lideri Si Cinpin gələcəkdə Tayvan məsələsini özü və xalqının istədiyi kimi həll edəcək”, - Vuçiç vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu