Şimali Koreya keçirdiyi hərbi təlim zamanı 4 strateji "Hvasal-2" qanadlı raketini buraxıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyinə istinadən "Reuters" məlumat yayıb.
Məlumata əsasən, raketlər şimal-şərqdəki Kimçhek şəhərindən Şərq dənizi istiqamətində atılıb. Qeyd edilir ki, raketlər nəzərdə tutulan hədəfi vurub.
Bildirilir ki, təlimlər “KXDR-in nüvə qüvvələrinin döyüş hazırlığını” nümayiş etdirib.