19 İyul 2023 11:56
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kirovski rayonundakı poliqonda baş verən yanğına görə federal yardıma ehtiyac yoxdur, Krım bunun öhdəsindən gələcək".

Teleqraf.com xəbər verir ki, bunu Krımın rəhbəri Sergey Aksyonov teleqram kanalındakı videomüraciətdə bildirib.

“Krım Respublikasının köməyə ehtiyacı yoxdur”, - deyə region rəhbəri bildirib.

Rəsmi əlavə edib ki, Krım qüvvələri yaxın vaxtlarda yanğının nəticələrini tamamilə aradan qaldıracaq.

Qeyd edək ki, iyulun 19-da səhər saatlarında Kirovski rayonundakı poliqonda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, fövqəladə vəziyyətlə əlaqədar Kriniçki, Ayvazovskoye, Abrikosovka, Privetnoye kəndlərindən 2225 nəfər təxliyə edilib.

Aksenovun rəhbərlik etdiyi poliqonda baş vermiş yanğının aradan qaldırılması üçün rayonda da operativ qərargah yaradılıb.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər