22 Mart 20:28
1 746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb ölkələri Ukraynanı lazım olduğu qədər intensiv şəkildə dəstəkləyəcək.

Teleqraf.com xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib.

“Artıq sadəcə olaraq demirik ki, biz Ukraynanı lazım olduğu qədər dəstəkləyəcəyik, rəsmi şəkildə deyirik ki, nə qədər lazımdırsa, intensiv şəkildə dəstəyimizi əsirgəməyəcəyik. Qərb Rusiyanın istənilən hücumuna cavab verməyə hazırdır. Çünki Rusiyanın Ukraynada dayanacağına inanmırıq. Hazırkı vəziyyətdə Kiyevin müttəfiqlərinin proporsional cavab verməzdən əvvəl gözləmək üçün heç bir əsası yoxdur", - Makron bildirib.


Müəllif: Əsəd Məmmədəliyev