8 İyul 21:00
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Cozef Bayden seçki yarışından geri çəkilmək niyyətində olmadığını və respublikaçı Donald Trampı məğlub edəcəyinə əmin olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, bunu Bayden Konqresdəki demokratlar fraksiyaların rəhbərliyinə ünvanlandığı məktubunda ifadə edib. Məktubun mətni onun X sosial şəbəkəsindəki səhifəsində dərc olunub.

Ağ evin hazırkı sahibi vurğulayıb ki, “mətbuatdakı fərziyyələrə baxmayaraq, o, seçki yarışını sona çatdırmaqda və Donald Trampı məğlub etməkdə qərarlıdır”. Bayden deyir ki, Trampla debatdan sonra səslənən narahatlıqlara da “göz yummur”.

“Bütün bunlara yüksək səslə və aydın cavab verə bilərəm: 2024-cü ildə Donald Trampı məğlub etmək üçün hamıdan daha yaxşı mövqedə olduğuma tam inanmasaydım, yenidən seçilmək istəməzdim”, - məktubda belə deyilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər