Heydər Əliyev Fondu həftəsonu Bakının bir sıra uşaq evlərində şənlik təşkil edib.
Teleqraf.com xəbər verir ki, valideyn himayəsindən məhrum uşaqlar müxtəlif əyləncə və animasiya proqramları çərçivəsində, nahar süfrəsində maraqlı anlar yaşayıb.
Uşaq evlərinin sakinlərinə Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.