6 Oktyabr 16:07
2 351
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçən həftə İranın ballistik raket hücumu İsrail Hərbi Hava Qüvvələrinin imkanlarını heç cızmayıb da.

Teleqraf.com xəbər verir ki, bunu İsrail müdafiə naziri Yoav Qallant deyib.

Onun sözlərinə görə, İsrailin düşmənləri onu belə yollarla çəkindirə bilməzlər.

Hücum zamanı İranın vurmaq istədiyi Nevatim aviabazasına səfəri zamanı Qallant bildirib ki, İsrail öz cavab tərzi və vaxtını seçəcək.

İranda artıq İsrailin mümkün hücumuna hazırlıq başlayıb. Bu ölkənin neft naziri Möhsün Paknejad İsrailin bu cür həyati əhəmiyyətli obyektləri hədəfə ala biləcək potensial hava hücumları ilə bağlı artan narahatlıqlar fonunda Xərq adasındakı neft obyektinə baş çəkib.

"İsrael of Times" yazır ki, səfər İsrailin İranın hava hücumundan sonra ölkənin cavab hazırladığında olduğunu bəyan etməsindən sonra baş verib.

Paknejada gəlincə, o, səhər saatlarında Xərq adasındakı neft obyektlərinə gəlib və işçilərlə görüşüb.

Paknejad dövlət televiziyasında söyləyib: “Düşmənlərimizin gərginliyi alovlandıracağından qorxmuruq və regiona səfər adi işgüzar səfərdir”.

Körfəzdə yerləşən Xərq adasında İranın ən böyük xam neft ixrac terminalı yerləşir. Potensial hücumda bu obyektin İsrailin əsas hədəflərindən biri olacağı iddia edilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər