14:22
246
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 7-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib.

Xidmətdən Teleqraf.com-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında cənub küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək.

Sarı xəbərdarlığa uyğun olaraq Şabran, Xızı, Siyəzən, Xaçmaz, Altıağac, Qobustan, Neftçala, Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabadda fasilələrlə cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər