5 Oktyabr 21:57
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin mətbuatına istinadən xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Bakı şəhəri Xəzər rayonu 216 nömrəli tam orta məktəbində, Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayonu Xələnc kənd ümumi orta məktəbində, Cənub Regional Mərkəzi tərəfindən Cəlilabad şəhər Akademik Zərifə Əliyeva adına 7 nömrəli tam orta məktəbində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Şamaxı “ASAN xidmət” mərkəzində, Şimal Regional Mərkəzi tərəfindən Qusar şəhər 4 nömrəli tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Tərtər rayon Qaynaq kənd ümumi orta məktəbində, Gəncə Regional Mərkəzi tərəfindən Gəncə şəhər N.Hüseynov adına 38 nömrəli tam orta məktəbində və Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər