İran 2025-ci ilin mart ayının sonuna qədər yerli istehsal olan üç uzaqdan zondlama peykini orbitə göndərəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “IRNA” agentliyi İranın Kosmik Agentliyinin rəhbəri Həsən Salariyə istinadla məlumat yayıb.
Salari bildirib ki, “Kosvar,” “Tolo-3,” və “Zəfər-2” adlı bu peyklər 2025-ci il martın 20-dək orbitə buraxılacaq. Bu peyklərin, xüsusilə təbii fəlakətlər zamanı və yerüstü infrastrukturun işləmədiyi hallarda qərar qəbul etməni asanlaşdırmaq üçün məlumatların qəbulu və ötürülməsini təmin edəcəyi qeyd olunub.