6 Oktyabr 17:06
3 948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Prezidenti Salome Zurabişvili müxalifətlə yeni məsləhətləşmələrə başlayır.

Teleqraf.com xəbər verir ki, prezident parlament seçkilərinə 20 gün qalmış “Gürcüstan Xartiyası”nı imzalayan partiyalara texniki hökumətin qurulmasına rəhbərlik edəcək baş nazir vəzifəsinə seçdiyi namizədi təqdim etmək qərarına gəlib.

Onun sözlərinə görə, seçdiyi namizədin heç bir siyasi keçmişi yoxdur.

“Nizamnamədə yazılır ki, baş nazir mənimlə razılaşaraq seçilməlidir. Mənim artıq namizədim var. İndi ad çəkməyəcəm, çünki əvvəlcə tərəflər məsləhətləşib razılığa gəlməlidir. Mən bir şeyə əminəm, biz hökuməti bu gün elan etməliyik ki, seçicilər onun kim olacağını əvvəlcədən bilsin. Gələcək hökumət yüksək peşəkarlardan ibarət olmalıdır.

Oktyabrın 7-də partiyalarla görüşlərə başlamaq istəyirəm, çünki seçkilərə az vaxt qalıb, konkret namizədlərlə bağlı danışıqlara başlamalıyıq. Partiyaların nazirləri təklif etmək imkanı olacaq. Baş nazirliyə namizədi bu prinsiplə seçdim: mən nüfuzlu mütəxəssisi hamı üçün məqbul hesab edirəm”, - Zurabişvili vurğulayıb.

Bütün əsas müxalifət partiyalarının imzaladığı “Gürcüstan Xartiyası”nda qeyd edilir ki, bu fəaliyyət planının həyata keçirilməsinə cavabdeh olan hökumət Gürcüstan prezidenti tərəfindən təmsil olunacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər