Rusiyanın Saratov vilayətində 5 məktəbli qız 82 yaşlı pensiyaçını yanan evdən xilas edib.
Teleqraf.com Publika.az-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin rayon üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Saratov vilayətində hərəkət qabiliyyəti məhdud olan yaşlı qadını yanan mənzildən xilas edən məktəbli qızlar mükafatlandırılıb.
Yanğın sentyabrın 24-də baş verib. Yaşlı qadın yanan mənzili tərk etməyə özündə güc tapsa da, pilləkənləri enə bilməyib. 10 yaşlı beş qız ona kömək edib.
Qadını xilas etdiklərinə görə cəsur qızlara nazirliyin təşəkkürnamələri təqdim olunub.