Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura yekun vurulacaq.
Teleqraf.com xəbər verir ki, son oyun günü daha iki qarşılaşma keçiriləcək.
Günün ilk matçında, saat 17:45-də "Turan Tovuz" doğma meydanda "Zirə"ni qəbul edəcək.
Ardınca isə "Sumqayıt" doğma meydanda turnir cədvəlinin lideri "Qarabağ"la üz-üzə gələcək.
Bu qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.
Azərbaycan Premyer Liqası
IX tur
6 oktyabr
17:45. “Turan Tovuz” – “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov.
VAR: İnqilab Məmmədov.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Tovuz şəhər stadionu.
20:00. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Kəpəz" "Neftçi"ni 4:3, "Səbail" "Şamaxı"nı 2:0 hesabı ilə məğlub edib. "Sabah" - "Araz-Naxçıvan" oyunu isə heç-heçə yekunlaşıb - 1:1.