09:49
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, rayonun Şağlaser kəndi ərazisində qeydə alınıb.

Belə ki, 5 nəfər gəncin olduğu “VAZ-2107” markalı minik avtomobili idarəetmədən çıxıb yol kənarındakı kommunikasiya xətlərinə, sonra həyətyanı hasara çırpılıb.

Qəzada avtomobildə olan 2006-cı il təvəllüdlü Amil Ehtiram oğlu Sadıqov aldığı xəsarətlərdən hadisə yerində ölüb. 2003-cü il təvəllüdlü Ruslan Fikrət oğlu Rəsulov, 2006-cı il təvəllüdlü Qurbanəli Ətafil oğlu Salayev, 2005-ci il təvəllüdlü Elvin Əbdül oğlu Əliyev və 2006-cı il təvəllüdlü Əbdül Tapdıq oğlu Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər