09:34
219
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yalı çapkını" serialının bu mövsüm bitəcəyinə dair heç bir məlumatım yoxdur. Bu, asan bilənən bir şey deyil.

Teleqraf.com xəbər verir ki, bu sözləri ekran işində "Orxan" obrazını canlandıran Emre Altuğ serialın yekunlaşacağı barədə iddialar haqda danışarkən deyib.

Onun sözlərinə görə, adətən final qərarı mövsümün sonuna yaxın bəlli olur: "Yaxud reytinqlə əlaqədar qəfil final edirlər. Bilirsiniz, bəzi seriallarda bu cür olur. Mən hər şeyin dadında-duzunda qalmasının tərəfdarıyam. Dadı qaçacaqsa, mən də "Yalı çapkını"nın bitməsini istəyərəm, eyni tempdə davam edərsə, 10 sezon çəkilsin, niyə də olmasın?!"


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər