5 Oktyabr 23:46
1 169
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Baş naziri Benyamin Netanyahu Fransa prezidenti Emmanuel Makronun Qəzzadakı münaqişənin həlli üçün İsrailə silah tədarükünü dayandırmağa çağıran bəyanatlarına sərt cavab verib.

Teleqraf.com xəbər verir ki, Netanyahu Fransa liderinin sözlərini biabırçılıq adlandırıb və ölkəsinin Qərbin köməyi olmadan belə bütün rəqiblərini məğlub edəcəyini bildirib:

“Biz İranın başçılıq etdiyi qüvvələrə qarşı mübarizə apararkən, bütün sivil dövlətlər İsrailin yanında möhkəm dayanmalıdır. Bununla belə, prezident Makron və bəzi digər Qərb liderləri indi İsrailə silah embarqosu tətbiq etməyə çağırırlar. Ayıb olsun!”, - Netanyahu bildirib.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər