16 Noyabr 23:25
271
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Prezidenti İsaak Hersoq təhlükəsizlik baxımından Azərbaycana səfərini təxirə salıb.

Bununla bağlı İsrail Prezident Aparatı məlumat yayıb.

Qurum İsaak Hersoqun Azərbaycanın paytaxtı Bakıda keçirilən COP29 İqlim Konfransına planlaşdırılan səfərini ləğv etdiyini açıqlayıb.

Sözügedən səfərin ləğv edilməsinin səbəbi vəziyyətin qiymətləndirilməsindən sonra ortaya çıxan “təhlükəsizlik narahatlıqları” olaraq göstərilib.


Müəllif: Mənbə/Qafqazinfo

Oxşar xəbərlər