Braziliyanın Rio-de-Janeyro şəhərində 20 ölkədən ibarət G20 qrupunun iki günlük sammiti başlayır.
Teleqraf.com xəbər verir ki, tədbirə G20 ölkələrinin və bəzi digər dövlətlərin liderləri dəvət olunub.
Sammitin gündəliyinə Ukrayna və Yaxın Şərq daxil olmaqla müasir dövrün əsas geosiyasi problemləri, eləcə də aşağı və orta gəlirli ölkələrin dövlət borcları və maliyyə məsələləri daxildir