Rusiya ordusu qış aylarında Ukraynanın cəbhə xəttindəki şəhərlərini ələ keçirməyə çalışacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Amerikalı analitiklərə görə, ruslar üçün prioritet Toretsk, Pokrovsk və Kuraxiv olacaq: “Xüsusilə, Pokrovsk uğrunda döyüşə hazırlaşırlar. Tezliklə Selidovonu ələ keçirildikdən sonra cənub və cənub-şərqdən şəhərə yaxınlaşacaqlar”.
Həmçinin Kupyan və Çasiv Yara yaxınlaşan Rusiya qüvvələrinin bu iki şəhər istiqamətindəki hücumlarının da davam edəcəyi bildirilir.
ISW-nin məlumatına görə, Kupyan və yar Çasiv Yarın tutulması cəbhədəki duruma ciddi operativ təsir göstərəcək. Bununla ruslar müvafiq istiqamətlərdə Ukraynanın əsas müdafiə mövqeləri üçün təhlükə yarada bilərlər.