10:23
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İqlim Dayanıqlığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsü qlobal səviyyədə çoxşaxəli yanaşma tələb edir".

Teleqraf.com xəbər verir ki, bunu COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev tədbir çərçivəsində təşkil olunmuş "İqlim dayanıqlılığı üçün Bakı İnsan İnkişaf Təşəbbüsü" mövzusunda birgə iclasda bildirib.

"Bu təşəbbüs insan yönümlü iqlim fəaliyyətinə olan öhdəliyimizin təbii ifadəsidir, sektorlar arasında qlobal əməkdaşlığı gücləndirəcək, investisiyaları səfərbər edəcək və insan inkişafının iqlim strategiyamızın əsas sütunu olmasını təmin edəcək çoxşaxəli və hərtərəfli yanaşma tələb edir. Bakı Təşəbbüsünün əsasında insan inkişafı və iqlim fəaliyyətinin ayrı-ayrı məqsədlər deyil, qarşılıqlı güclənən məqsədlər olduğu inamı durur. Bu, "yaşıl iş" imkanlarında gender fərqinin aradan qaldırılmasına, qadınların formalaşmaqda olan "yaşıl iqtisadiyyat"da iştirakının dəstəklənməsinə diqqət yetirməklə hamı üçün təhsil və bacarıq təliminə bərabər çıxış təmin edilməsi kimi məsələləri əhatə edir. Təşəbbüs təhsil, iş yerləri və bacarıqların sadəcə dəstək sistemləri deyil, həm iqlim dəyişikliyinin azaldılması, həm də onun qaçılmaz təsirinə uyğunlaşmada iqlim fəaliyyətinin fundamental hərəkətverici qüvvələri olduğu ideyası ətrafında qurulub", - o qeyd edib.

İranın Xarici İşlər Nazirliyinin Xəzər dənizi məsələləri üzrə köməkçisi Əlirza Cahangiri isə bildirib ki, Xəzərin dayazlaşması iqlim dəyişikliyi və antropogen amillərlə bağlıdır:

"Dəniz səviyyəsinin cari templə azalmasının davam etməsi dağıdıcı nəticələrə səbəb ola, kiçik körfəzlərin və su-bataqlıq ərazilərin quruması da daxil olmaqla ekoloji böhrana gətirib çıxara bilər".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov vurğulayıb ki, son illərdə Xəzər dənizi səviyyəsinin normadan daha artıq azalması müşahidə olunur:

"COP29 çərçivəsində Azərbaycan milli pavilyonunda Xəzəryanı ölkələrin və BMT-nin ətraf mühit proqramının iştirakı ilə yüksək səviyyəli tədbir keçirilir: “Bu, Azərbaycanın təşəbbüsü ilə keçirilən ikinci belə tədbirdir. Əsas diqqət Xəzər dənizinin səviyyəsinin son 10 illiklərdə kəskin azalması məsələsinə yönəlib. Mövcud vəziyyətlə bağlı hesabat hazırlanıb. Əsas məsələ beş Xəzəryanı ölkənin əməkdaşlığıdır. Bu istiqamətdə son bəyannamənin qəbul edilməsi gözlənilir. Beynəlxalq ictimaiyyətin bu məsələyə diqqətini çəkmək lazımdır. Çünki Xəzər dənizinin səviyyəsinin azalması özü ilə birlikdə müxtəlif sosial-iqtisadi təsirlər gətirir. Bunun həm qarşısını almaq, həm də buna uyğunlaşmaq lazımdır. Gələcək layihələrin daha dayanıqlı olması vacibdir. Biz istəyirik ki, birgə fəaliyyət qrupu yaradılsın və “yol xəritəsi” hazırlansın".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər