10:25
232
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan əsilli türk aktrisa Nəsrin Cavadzadənin "Sandık Kokusu" serialında partnyoru bəlli olub.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, səhnə kulislərində Ayça obrazını canlandıran Cavadzadənin Hakan adlı tərəf müqabili olacağı ilə bağlı söz-söhbətlər dolaşırdı.

Artıq Hakan obrazı üçün aktyor Pamir Pekinlə razılıq əldə olunub.

Altan Dönməzin rejissoru olduğu seriala Hakan obrazı binanın mühafizəçisi qismində daxil olacaq.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər