10:50
12 Punto 14 Punto 16 Punto 18 Punto

"2050-ci ilə qədər dünyada şəhər əhalisinin xüsusi çəkisinin indiki 50 %-dən 70 %-ə çatacağı proqnozlaşdırılır".

Teleqraf.com xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev tədbir çərçivəsində təşkil olunmuş çoxsəviyyəli və çoxsektorlu iqlim fəaliyyəti üzrə yüksək səviyyəli açılışda bildirib:

"Yaxın 5-7 ildə şəhər əhalisinin sayının 500 milyon nəfərdən çox artacağı gözlənilir. Bu da öz növbəsində şəhər infrastrukturuna, o cümlədən elektrik enerjisi, su və kanalizasiya təchizatına, nəqliyyat sektoruna daha da böyük təzyiq göstərəcək. Hazırda şəhərlər qlobal CO2 emissiyalarının 70%-dən çoxuna məsuldur".

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev isə bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (UN-Habitat) COP29 çərçivəsində Şəhərsalma Günü təşkil etməklə urbanizasiya və iqlim dəyişikliyinin kəsişməsində duran ən aktual məsələlərin müzakirəsi üçün açıq və konstruktiv dialoq imkanı yaradıb:

“Biz şəhərlərin həm qlobal gələcəyini, həm də planetimizin inkişafında oynadığı rolu yüksək dəyərləndiririk. Urbanizasiyanın sürətlə inkişaf etdiyi regionlardan biri kimi Azərbaycan bu prosesin yaratdığı çağırışlara cavab verməyə, onun təqdim etdiyi imkanlardan faydalanmağa sadiqdir".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər