Teleqraf.com xəbər verir ki, üçüncü sərbəst yürüş zamanı "Renault" komandasının pilotu Colion Palmerin idarə etdiyi bolid yanıb.
Alov marşalların köməyi ilə söndürülüb.
Hadisə nəticəsində britaniyalı pilot yarışı yarımçıq dayandırmalı olub.
Qeyd edək ki, Colion Palmerin bolidi dünənki sərbəst yürüş zamanı Qız Qalası yaxınlığındakı 8-ci döngədə təhlükəsizlik baryerinə çırpılmışdı.