15 İyul 2022 09:28
468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müəllimi Ayaz Musayev vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə onun həmkarları məlumat verib.

Bildirilib ki, A.Musayev 75 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ayaz Musayev 1947-ci ildə Bakı şəhərində anadan olub. 1970-ci ildə Azərbaycan Dövlət İncəsənət İnsitutunun teatrşünaslıq ixtisası üzrə bitirib. 2004-cü ildən BDU-da işləyib.


Müəllif: Mənbə/Report