31 Mart 08:01
352
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində güclü yağışlar nəticəsində 8 nəfər ölüb, 12 nəfər yaralanıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Yerli təbii fəlakət idarəsinin rəsmisi Ənvər Şahzad məlumat verib.

Onun sözlərinə görə, bəzi bölgələrində güclü yağış səbəbindən evlərin damları uçub, daşqınlar baş verib və bəzi yollar bağlanıb.

“Ölənlərdən 3-ü bir ailədən olan 3-7 yaşlı bacı-qardaşdır” deyə, əlavə edib.


Müəllif: Teleqraf.com