16 Aprel 2017 16:11
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə Premyer Liqasında 33-cü turun oyunları davam edir.

Teleqraf.com-un qol.az-a istinadən xəbərinə görə, bu gün daha iki qarşılaşma keçiriləcək.

Turun mərkəzi oyununda “Mançester Yunayted” “Çelsi”ni qəbul edəcək. Oyuna marağın əsas səbəblərindən biri də komandaların baş məşqçilərinin - Joze Mourinyo və Antonio Kontenin qarşıdurmasıdır.

Komandalar arasında keçirilən son oyunda məşqçilər arasında gərginlik yaşanmış, hətta Konte Mourinyonu vurmağa cəhd etmişdi.

Qeyd edək ki, "Çelsi" hazırda 75 xalla ilk, "Mançester Yunayted" isə 57 xalla 5-ci pillədədir.

16 aprel

16:30. "Vest Bromviç" - "Liverpul"

19:00. "Mançester Yunayted" - "Çelsi"


Müəllif:

Oxşar xəbərlər