20 Aprel 2022 13:43
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ağrılarıma görə üsyan edirəm, çox pis oluram, ağlayıram. Belə yaşamaqdansa kaş ki ölərdim”.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Location” klubda baş verən partlayış zamanı xəsarət almış bloger Aysel Şükürova İnstaqramda hekayə bölümündə yazıb.

O, ağrılarının çox olduğunu vurğulayıb: “Xəstəxanada, reanimasiyada qaldım, qan köçürdülər. Vəziyyətim çox ağır idi. Reanimasiyada gözümü açanda yarıyuxulu kimi idim. Fikirləşirdim ki, yəqin öləcəm, amma ağrılarım o qədər şiddətli idi ki, heç bir ağrıkəsici kömək etmirdi. Ürəyimdə deyirdim ki, Allah canımı alsın, canım ağrımasın.

Yanmaq yeganə haldır ki, heç bir ağrıkəsici kömək etmir. Amma ölmədim, nə edə bilərəm. Allah yanmağı düşmənimə də yaşatmasın. Partlayışı unuda bilmirəm, yadıma düşəndə havalanıram. Əsəblərim pozulub, ancaq qışqırıram. Çox pisəm”.


Müəllif: Rəqsanə Həsənova