17 May 10:54
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusu Xarkov vilayətinin Rusiya hərbi aviasiyası tərəfindən atəşə tutulmasının sayını azaltmağa qadirdir. Amma buna görə Qərb Ukraynaya icazə verməlidir ki, hava hücumundan müdafiə sistemləri ilə Rusiyanın qarşısını öz ərazisində alsın.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun təhlilində deyilir.

Mənbə bildirir ki, Rusiya aviasiyası son günlərdə Ukraynanın müdafiəsini zəiflətmək və sakinləri şəhəri tərk etməyə məcbur etmək üçün Xarkov və ətrafına getdikcə daha çox hava zərbələri endirir.

Amerikalı analitiklər qeyd edirlər ki, Rusiya Xarkovu öz hava məkanından hədəfə alır, amma Qərb Ukraynaya ona verdiyi hava hücumundan müdafiə sistemləri ilə Rusiya daxilində hədəfləri vurmasını qadağan edib.

“Xarkovda hava hücumundan müdafiə sistemləri ilə kifayət qədər təchiz olunması Ukrayna Silahlı Qüvvələrinə Rusiya aviasiyasını cilovlamağa imkan verə bilər. Amma bu, o halda mümkündür ki, Qərb tərəfdaşları Ukraynaya Rusiya hava məkanında təyyarələrin qarşısını almaq üçün sistemlərdən istifadəyə icazə versin”, - ABŞ institutu vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər