2 May 23:26
337
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın Azərbaycandakı səfirliyinin təşkilati dəstəyi ilə "Pakistan ədəbiyyatının qısa icmalı" adlı kitabın təqdimat mərasimi baş tutub.

Teleqraf.com xəbər verir ki, təqdimat mərasimində Pakistanın Azərbaycandakı səfiri Bilal Haye iki ölkə arasında dostluq əlaqələrindən və kitabın nəşrinin əhəmiyyətindən danışıb.

Kitabın müəllifi Mahirə Hacıyeva isə kitabın ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə səfir Bilal Hayeyə təşəkkür edib.

Qeyd edək ki, tədbirdə millət vəkili Rafael Hüseynov, Pakistanın Azərbaycandakı səfirliyinin əməkdaşları və bir çox ictimai-siyasi şəxslər iştirak ediblər.


Müəllif: Rəqsanə Həsənova