Hərbi sənaye kompleksi Üçüncü Dünya müharibəsini başlatmaq istəyir.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın yeni seçilmiş prezidentinin oğlu Donald Tramp sosial şəbəkədə yazıb.
“Görünür, hərbi sənaye kompleksi atamın sülh yaratmaq və insanların həyatlarını xilas etmək şansı əldə etməmişdən əvvəl Üçüncü Dünya müharibəsinə başlamaq istəyirlər. Əclaflar”, - deyə o bildirib.
Qeyd edək ki, bundan əvvəl Prezident Co Baydenin Ukraynaya ABŞ raketləri ilə Rusiyanın dərinliklərinə zərbələrin endirilməsinə icazə verdiyi barədə məlumat yayılıb.