Ölkəmizdə seçki təşviqatı aparmaq istəyən, siyasətimizi nasistlərlə müqayisə edən şəxsə “Xoş gəldin” deyə bilmərik.
Bu sözləri Almaniyanın Saksoniya Anhalt əyalətinin baş naziri Reiner Hasselof Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın məlum çıxışına münasibət bildirərkən deyib.
Xatırladaq ki, Ərdoğan türk nazirlərin seçki təşviqatına qadağa qoyan Almaniya və Niderland hökumətlərini nasizm siyasəti yürütməkdə ittiham etmişdi.
Axar.az