Əsasən Hindistanın şərqində mövcud olan Maoçu üsyançıları son iki il ərzində güc strukturlarının 199 əməkdaşını qətlə yetiriblər.
Teleqraf.com xəbər verir ki, yarım-hərbi dəstə Hindistanda təhlükəsizliyinə ən ciddi hədə hesab olunur.
2010-cu ildən bəri üsyançılar tərəfindən törədilən zorakılıqlar nəticəsində 1000-dən çox insan öldürülüb. Təkcə son iki ildə 200-ə yaxın polis və hərbçini qətlə yetiriblər.
Çinin inqilabçı lideri Mao Tszedunun tərəfdarları olan kommunistlər Hindistanda 1967-ci ildən sonra silahlı üsyana qalxıblar.