9 Mart 2019 20:59
1 375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Malayziyada Məhəmməd peyğəmbəri təhqir edən şəxsə 10 il həbs cəzası kəsilib.

Teleqraf.com xəbər verir ki, peyğəmbəri sosial mediada təhqir edən paylaşımlara görə 4 nəfər media qanunlarını pozmaqda günahlandırılıb.

Məhkəmə cinayətini etiraf edən şəxsə 10 il həbs cəzası kəsib. Üç nəfər isə irəli sürülən ittihamı rədd edərək yenidən məhkəmə keçirilməsini tələb edib.

Son zamanlar Malayziyada islam dini və peyğəmbəri təhqir edən sosial paylaşmaların çoxaldığını bildirən ölkənin Daxili İşlər Naziri bəyan edib ki, indiyə qədər bu səpkili 929 şikayət qeydə alınıb.


Müəllif: Cavad