13:04
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan idmançıları Türkiyənın Antalya şəhərində keçirilən hərbi kikboksinq üzrə 1-ci "CISM" açıq çempionatında 2 qızıl medal qazanıblar.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovnik-leytenantı, dəfələrcə dünya və Avropa çempionu Eduard Məmmədovun yetirmələri olan Elvin Məmmədov (54 kq) və Amin Quliyev (67) bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Bundan başqa, Eduard Məmmədov 11 ölkə idmançılarının qatıldığı yarışın ən yaxşl baş məşqçisi adına layiq görülüb.

Qeyd edək ki, Azərbaycan millisi yarışı ümumilikdə 7 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər