Türkiyə Müdafiə Nazirliyi içərisində Rusiya istehsalı olan S-400 zenit-raket kompleksinin yeni detalları olan 5-ci təyyarənin bu gün ölkəyə gətirildiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, S-400 sistemlərinə aid avadanlığın Mürted avibazasına endirildiyi bildirilir.
Məlumatda altıncı və yeddinci təyyarələrin gün ərzində gətiriləcəyi qeyd edilir.
Qeyd edək ki, Türkiyənin Müdafiə Nazirliyi S-400-lərin ilk partiyasının iyulun 12-də ölkəyə gətirildiyini elan etmişdi.