26 Sentyabr 2019 10:43
994
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Baş Assambleyasının sammiti çərçivəsində ABŞ-a səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuat konfransında ölkəsinin strateji müttəfiqlərinin adlarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, jurnalistlər qarşısında çıxış edən Ərdoğan İran və Rusiyanın Türkiyənin strateji müttəfiqi olmadığını bildirib.

Prezident jurnalistin “Ən yaxın müttəfiqiniz Rusiyadır, yoxsa İran?” sualına belə cavab verib:

“Nə Rusiya, nə də İran strateji müttəfiqimizdir. Biz NATO-da ABŞ-la bərabərik. Hər halda NATO daxilindəki bu münasibətin bir mənası olmalıdır. NATO daxilindəki strateji müttəfiqliyimizin digər sahələri də əhatə etməsini gözləyirik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər