9 Oktyabr 2019 13:12
963
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiyada səfərdə olan Türkiyə prezidentinin həyat yoldaşı, ölkənin birinci xanımı Əminə Ərdoğanın cangüdənləri etiraza səbəb olub.

Teleqraf.com xəbər verir ki, olay paytaxt Belqradda yerləşən kafelərdən birində baş verib.

Əmin Ərdoğan Serbiyaya işgüzar səfər edib. Ölkənin birinci xanımı səfər proqramı çərçivəsində Serbiyada fəaliyyət göstərən türk diaspor təşkilatlarının keçirdiyi tədbirlərdən birinə qatılıb.

Məlumata görə, tədbirin keçirildiyi ərazidə Əminə Ərdoğanın cangüdənlərinin bir kafeyə silahlı halda girməsi qarşıdurmaya səbəb olub.

Mühafizəçilər, ofisiantlar və kafe müştəriləri arasında baş verən gərginliyi polis sakitləşdirib.

Olayın cangüdənlərin ətrafda yoxlama apardığı vaxt baş verdiyi iddia edilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər